İngiltərə Premyer Liqa təmsilçisi "Everton" "Çelsi"nin yarımmüdafiəçisi Kiernan Dyusberi-Hollu transfer edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Everton" klubu 26 yaşlı ingilis futbolçu ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.
Bonuslar nəzərə alındıqda transfer haqqının 28 milyon funt sterlinq olduğu deyilir.
"Çelsi" ilə Premyer Liqada oynamaq şansı tapmaqda çətinlik çəkən Dewsbury-Hall komanda ilə 36 matçda 5 qol vurub.
Fərid
MİA.AZ