İsveçin baş naziri Ulf Kristersson administrasiyası süni intellekt vasitələrindən tez-tez istifadə etmələri haqqında yayılan xəbərə reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, kəskin tənqidlərə  cavab olaraq belə bir halın olmadığını deyib.

İsveçin aparıcı biznes qəzeti olan "Dagens Industri"yə müsahibə verən Kristersson ChatGPT və Fransa istehsalı olan LeChat kimi süni intellekt platformalarından fəal şəkildə istifadə etdiyini etiraf edib.

O bildirib ki, bunu daha çox “Başqaları nə edib, biz əksini düşünməliyik?” kimi suallara cavab tapmaq üçün edib.

Kristerssonun bu açıqlaması xüsusilə texnologiya mütəxəssisləri və müxalifət tərəfindən sərt tənqidlərlə qarşılanıb.

İsveçin ən böyük qəzetlərindən biri olan "Aftonbladet" yazıb ki, "Baş nazir və məmur komandası "oliqarxların süni intellekt psixozu"na sürükləniblər".

Karlstad Universitetinin texnologiyalar üzrə araşdırmaçı alimi Simone Fischer-Hübner "Aftonbladet"ə deyib ki, həssas məsələlərdə süni intellektə müraciət edən siyasətçilər ciddi risklər yarada bilər: "Çox diqqətli olmaq lazımdır. Xüsusilə təhlükəsizliklə bağlı məlumatlar bu sistemlərlə paylaşılmamalıdır."

Baş nazirin sözçüsü Tom Samuelsson Kristerssonun süni intellektdən istifadə edərkən təhlükəsizlik riski yarada biləcək məlumat vermədiyini iddia edib: "Bu sistemlər həssas məzmun deyil, ilk növbədə fikir mübadiləsi və ümumi çərçivələr yaratmaq üçün istifadə olunur."

Bununla belə, süni intellekt üzrə ekspert, professor Virciniya Dignum da Baş nazirin açıqlamasına tənqidi yanaşıb: "Süni intelekt proqramları siyasi ideyalar haqqında adətən mənfi rəy və ya təkliflər verir. Ona güvənmək ağılsızlıqdır. Bu, çox təhlükəli bir meyldir. Hökumət xalq tərəfindən seçildiyini və  siyasi məsuliyyət daşıdığını uuntmamalıdır".

Müzakirələrin böyümüəsini nəzərə alan hökumət açıqlama yayıb və bildiriilib ki, "ChatGPT-yə rəsmi qaydada istifadəyə icazə verilməyib".

Samir MUSAYEV
MİA.AZ