Əlcəzairin şərqindəki Cicel şəhərində kəşfiyyat və meşə yanğınlarının monitorinqi üçün istifadə edilən kiçiktutumlu mülki müdafiə təyyarəsi qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə biri xarici vətəndaş olmaqla, 4 nəfər hadisə yerində həlak olub.
Əlcəzair Mülki Müdafiə Baş İdarəsi həlak olanların üçünün adını açıqlayıb. Bildirilib ki, onlar Mülki Müdafiə Hava Bölməsinin komandiri polkovnik Rıdvan Berci, pilot kursant Süheyb Qalayi və Air Tractor şirkətindən Çili vətəndaşıdır.
Digər ölən şəxsin isə şirkətlərdən birinin əməkdaşı olduğu deyilir.
Tahir Şəlvəli
MİA.AZ