Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub: "Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib".