Azərbaycan dələduzluqda ittiham edilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanı ölkəsinə təhvil verib.
Baş Prokurorluqdan Mia.az-a bildirilib ki, Rano Şaripova bu il Azərbaycanda müəyyən edilərək həbs olunub. Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.