ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində əyləncə mərasiminə silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Los-Anceles Polis Departamentinin rəsmisi bildirib ki, yerli vaxtla səhər saat 1:00 radələrində şəhərdə bir şənlikdəki insanlar atşə tutulub: "Nəticədə Qriqori Derisso hadisə yerində ölüb, 52 yaşlı qadın isə xəstəxanada dünyasını dəyişib. 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hələlik hücum edənin şəxsiyyəti müəyyən edilməyib. Axtarış davam edir"

Zülfiyyə Mustafayeva

MİA.AZ