Kriminal hadisələrin adi hal aldığı Meksikanın Quanajuato əyalətində bir evdə parçalanmış insan qalıqları tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkəninn prokurorluğu açıqlama yayıb.

Bildirilib ki, itkin düşən insanların axtarışı zamanı Quanajuatoda xarabalıq bir evdə 32 nəfərə aid olduğu müəyyənləşən doğranmış və parçalara ayrılmış insan qalıqları aşkarlanıb: "Onların şəxsiyyətini müəyyənləşdirmək çətin olsa da, proses davam edir".

Xatırladaq ki, rəsmi məlumatlara görə, Quanajuato 2024-cü ildə 3100-dən çox qətl törədilib. Bu rəqəm ölkə üzrə bütün qətllərin 10,5%-ni təşkil edir. Həmin il ştatda təxminən 3600 nəfər isə itkin düşüb.

Tahir Şəlvəli
MİA.AZ