İyulun 29-da Oskar mükafatlı “Başqa torpaq yoxdur” sənədli filminə töhvəsi olmuş fələstinli fəal Avde Hadalini  işğal altındakı İordan çayının qərb sahilində israilli mühacirə cəza verilməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

Bildirilib ki, Şərqi Qüdsdə yerləşən İsrailin Qüds Dairə Məhkəməsi Hadalini öldürən israilli Yinon Levinin ev dustaqlığının uzadılması ilə bağlı polisin tələbinə baxıb: "Məhkəmə fələstinli fəalın Levinin açdığı atəş nəticəsində ölməsinə dair dəlil yetrəsizliyini əsas gətirərək, onu 3 günlük ev dustaqlığından sonra sərbəst buraxılmasına qərar verib".

Xatırladaq ki, onun fəlsətinllərə atəş açması barədə sosial mediada görüntülər yayılıb.

Tahir Şəlvəli
MİA.AZ