Fransanın "Olimpik Marsel" klubu qabonlu hücumçu Pyer-Emerik Obameyanqla müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, qabonlu hücumçu ilə bir illik müqavilə bağlanıb.
Ötən mövsüm "Əl Qadsiah"da çıxış edən Obameyanq 36 matçda 21 qol vurub.
Fərid
MİA.AZ