"Fənərbağça"nın heyətinə qatılan 31 yaşlı sağ cinah müdafiəçisi jurnalistlərə açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:
"Mourinyo ilə çalışmaq üçün səbrsizlənirəm. O, dünyanın ən yaxşılarından biridir. O, həm də Portuqaliyada bir nömrədir. Mourinyo ilə işləmək və ondan öyrənmək imtiyazdır. Başlamaq üçün həyəcanlıyam. Fənərbağçalı azarkeşlərə demək istəyirəm ki, bu komandanın bir parçası olduğuma və bu formanı geyindiyimə görə minnətdaram. Mən çox çalışacağam.”
Fərid
MİA.AZ