"Qalatasaray" "Lion"da çıxış edən ingilis sağ cinah müdafiəçisi Eynsli Meytlend-Naylzı radara alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrtanbul klubunun heyətinə qatmaq istədiyi 28 yaşlı futbolçu ilə "Everton"un da maraqlanması "suyu bulandırıb".

Son mövsümdə "Lion"da 44 matça çıxan ingilis futbolçu 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Cari bazar dəyəri 12 milyon avro olaraq göstərilən Maitland-Niles-in Lyon ilə 2027-ci ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ