"Sivasspor" daha bir oyunçu ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Sivasspor" 29 yaşlı qapıçı Göktuğ Bakırbaşla anlaşıb.

Məlumata görə, bu gün Sivasa gələn Göktuğ müqaviləyə imza atıb.

Qeyd edək ki, karyerasına “Göztəpə”nin gənclər akademiyasında başlayan, “Manisaspor” və “Ümraniyespor”da çıxış edən Göktuğ ötən mövsüm “Ərzurumspor” FK-da çıxış edib.

Fərid

MİA.AZ