Netanyahu administrasiyasına yaxın olan “İsrail Hayom” qəzeti Şimali Kipr Türk Respublikasını (KKTC) İsrailin təhlükəsizliyinə təhdid oduğunu iddia edən analitik yazı yayımlayıəb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəzet  “Şimali Kipr də İsrailin problemidir” başlıqlı yyazıda İsrailin Yunanıstan və Cənubi Kiprlə koordinasiya formasında adanın şimal hissəsini azad etmək üçün təcili əməliyyata başlamalı olduğu qeyd edilib və bu yöndə hökumətə çağırış olunub.

Məqalədə İsrailin "fövqəladə plan"la KKKTC-dən İsrailə "təhid"in zərərsizləşdirilməsi məqsədiylə adanın işğalı vacib sayılıb: "Belə bir əməliyyat Türkiyəni bölgədə bizə qarşı fəaliyyətdə zərərsizləşdirəcək. Şimali Kipri türklərdən azad etmək İsrailin nə vəzifəsi, nə də arzusudur. Ancaq bölgədən gələn təhlükə kritik həddə çatarsa, İsrailin strateji mövqeyi dəyişməlidir. İsrail və Yunanıstanla koordinasiyalı şəkildə fövqəladə əməliyyat hazırlamalıdır. Adanın şimalında belə bir təcili əməliyyatla Türkiyənin Şimali Kiprdəki hava hücumundan müdafiə sistemlərini məhv edəcək, kəşfiyyat və komanda mərkəzlərini sıradan çıxaracaq, bununla da Türkiyənin əlavə qüvvə tədarükünü əngəlləyəcək. Nəticə etibarı ilə  Kiprin beynəlxalq səviyyədə tanınmış suverenliyini bərpa olunar və İsrail isə daha bir böyük təhlükədən qurtular..."

Məqalənin davamında hücum planına ad da qoyulub: "Bu fövqəladə hal planı Yunanıstan dəniz tanrısının adını daşıyan "Poseydonun qəzəbi" adlandırıla bilər".

Məqalədə Türkiyənin KKTC-də 40 mindən çox hərbi qulluqçu saxladığı və bu rəqəmin getdikcə artdığı da xüsusi vurğulanıb: "Türkiyə bölgədəki dəniz qüvvələrini gücləndirir, dəniz bazaları fəal şəkildə Bayraktar TB2 və Akıncı PUA-ları ilə, son raketlərlə təzhiz olunur. Bu isə İsrailin Şərqi Aralıq dənizində hava və dəniz fəaliyyətinə birbaşa təhdiddir. Türkiyə PUA-ları və dənizaltı son model raketləri regional qaz mübahisələrində də Türkiyənin əlini gücləndirir. Türkiyə artıq Şimali Kiprdə Lefkoniko aerodromunu PUA bazasına çevirib. Onlar buradan İsrailin qaz qurğularını, dəniz gəmilərini və strateji obyektlərini daha effektli vura bilərlər".

Analitik yazıda Türkiyənin 200 kilometrdən çox mənzilə malik ATMACA gəmi əleyhinə raketlərindan nüvəə olmayan, lakin nüvə gücünə yaxın  "Qəzəb" ("Gazap") raketləriin istehsalına da toxunulub: "Türkiyənin yeni hipersəs "Typhoon Block-4" ballistik raketlərinin isə 560 kilometrə qədər dəqiq hədəfi vurma qabiliyyəti var. Türkiyə  bu və ya digər ballistik raketlərlə birbaşa Qüds, Təl-Əviv və Hayfanı vurmaq gücündədir. Üstəlik, bu yaxnlarda Türkiyənin dünyanın ən güclü qeyri-nüvə bombası olan "Qəzəb"i nümayiş etdirməsini unutmayaq...". 

Firudin SƏFƏRLİ
MİA.AZ