Meksikanın Miçoakan ştatında 2500 illik qədim piramida dağılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə 2025-ci il iyulun 29-na keçən gecə güclü yağışlar nəticəsində baş verib.
Məlumata görə, təxminən 15 metr hündürlüyündə olan kvadrat tikilinin cənub divarı aramsız yağan yağışın təzyiqinə tab gətirməyib.
Meksika Milli Antropologiya və Tarix İnstitutu faktı təsdiqləyib: "Bölgədəki yüksək temperatur və sonrakı quraqlıqdan sonra baş verən güclü yağış dağılmasını qaçılmaz edib. Bu çökmə bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatında məşhur “Qoşa qövs” təbii formasiyasının dağılmasına bənzəyir. Hər iki hadisə iqlim dəyişikliyinin mədəni və təbii irsə dağıdıcı təsirini təsdiqləyir".
Mlumata görə, hazırda piramidada konstruktiv təmir işləri aparılır.
Ləman
MİA.AZ