Braziliyanın "Fortaleza" klubunun "Beşiktaş"ın futbolçusu Keny Arroyo ilə danışıqlara başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Renato Paivanın istəyi ilə hərəkətə keçən Fortaleza rəhbərliyi 19 yaşlı ekvadorlu futbolçu üçün İstanbula gəliblər.
İddiaya əsasən, ötən mövsüm "Beşiktaş"da əsas heyətə düşə bilməyən Arroyo da Braziliya klubuna keçidə maraqlıdır.
Fərid
MİA.AZ