"Qalatasaray" hücumçusu Barış Alper Yılmazla müqaviləni yeniləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı Barış Alper Yılmazla 2028-ci ilə qədər yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Yılmaz "Qalatasaray"la üç Super Liqa, bir Türkiyə Kuboku və bir Super Kubok qazanıb.

Fərid ASLAN
MİA.AZ