Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.
Mia.az xəbər verir ki, bu dəfə Xıdırlı kəndinə 60 ailədən ibarət 236 nəfər köçürülüb.
Məlumat üçün qeyd edək ki, ölkənin müxtəlif yerlərindən - yataqxanalarda, sanatoriya və inzibati binalarda köçürülən ailələrin hər biri dövlət tərəfindən pulsuz mənzillə təmin olunur.
MİA.AZ