Portuqaliyanıni "Benfika" klubu "Aston Villa"nın argentinalı yarımmüdafiəçisi Enzo Barreneçeanı icarəyə götürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib:

"Argentinalı yarımmüdafiəçi 2025/26 mövsümünün sonuna qədər icarə əsasında transfer edilib. Müqavilə müəyyən hədəflər yerinə yetirildiyi təqdirdə məcburi hala gələn və oyunçunun idman hüquqlarının 12 milyon avroya daimi transferini nəzərdə tutan satınalma variantını ehtiva edir. Aston Villa, oyunçunun gələcək transfer haqqının 30%-ni, maksimum 10 milyon avroya qədər almaq hüququna malik olacaq".

Fərid

MİA.AZ