İtaliya nəhəngi "Milan" "Brayton Hove Albion"dan ekvadorlu sol cinah müdafiəçisi Pervis Estupinanı heyətinə qatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib:
"AC Milan, Pervis Estupinan'ın Brighton Hove Albion'dan daimi olaraq kluba qoşulduğunu elan etməkdən məmnundur. Ekvadorlu müdafiəçi ilə 30 iyun 2030-cu ilə qədər qüvvədə olan müqavilə imzalanıb."
2022-ci ilin yayında "Brighton"a keçən Estupinan 104 matçda 5 qol vurub.
Fərid
MİA.AZ