"Milan"ın futbolçusu Emerson Royal Braziliyanın "Flamenqo" komandası ilə 3 illik müqavilə imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi "Flamenqo" ilə 3 illik müqavilə imzalayıb.
Braziliyalı futbolçunun “Beşiktaş”a satın alma opsionu ilə gələcəyi iddiaları var idi.
Emerson Royal ötən mövsüm "Milan"ın heyətində 26 oyun keçirib, lakin heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.
Fərid
MİA.AZ