"Beşiktaş" hücuma daha bir transfer etmək niyyətindədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "ağ-qaralar” “Roma”nın futbolçusu Artem Dovbiki də siyahıya əlavə edib.

İtalyan klubunun 28 yaşlı oyunçu üçün təxminən 35 milyon avroluq transfer haqqı müəyyən etdiyi deyilir.

Ötən mövsüm "Roma"nın heyətində 45 matçda iştirak edən Dovbik 17 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ