Superliqa komandalarından olan "Kocaelispor" 28 yaşlı sağ cinah müdafiəçisi Anfernee Camal Dijksteel ilə 2+1 illik müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib:

"Müqəddəs rənglərə xoş gəlmisiniz, Dijksteel. Anfernee Camal Dijksteel ilə klubumuz arasında 2+1 illik müqavilə imzalanıb”.

Hollandiyada doğulan və Surinam Milli Komandasında çıxış edən Dijksteel son olaraq İngiltərənin Midlsbro komandasında çıxış edib.

Fərid

MİA.AZ