Türkiyədə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Ərzurumda baş verib.
Məlumata görə, hərbçiləri daşıyan mikroavtobus Şimal Dairəvi yolunda İbrahim Hakkı məhəlləsində aşıb: "Nəticədə 13 nəfər xəsarət alıb".
Lamiyə Əhmədli
MİA.AZ