Məktəb partası arxasında ikən ədəbi-bədii fəaliyyəti ilə tanınan və sevilən gənc ədibimiz, dost ailənin övladı Sevindik Nəsiboglunun yeni yaşı günüdür.
İlkin olaraq onu və gözəl ailə üzvlərini ürəkdən TƏBRİK EDİRİK!
Təbrik ünvanlayarkən Sevindiyin az zamanı əhatə edən ədəbi-publisitik fəaliyyətinin böyük uğurları gözlərim önünə gəldi. Onun mükəmməl ailə tərbiyəsi səmərəli və işgüzar yaradıcılığı, yüksək təlim-tərbiyə göstəriciləri ilə vəhdətdədir. Qəlbinin Vətən sevgisi, yaradıcılığında bir haray kimi görünür.
Kitablarına ad seçimi insanı onu oxumağa çağırır:
1. Ulu Öndərin işığında.
2. Dünyamsan Azərbaycan.
3. Hərdən uçmaq istəyirəm.
4. Ulu Naxçıvan.
5. Könüllərə yol gəzirəm.
6. Zəfəri Nurlandıran Nurlan.
7. Suverenliyimizi təmin edənlər.
8.Möhtəşəm zəfərin nişanəsi.
Bu kitabların hər birində gənc yazar Sevindik Nəsiboğlunun qəlbinin, ruhunun, yaradıcılığının gözəlliyi var. Oxuduqca onun poetik duyumu, publisistik düşüncəsi insanı özünə valeh edir.
Sevindik İmişli rayonunda dünyaya göz açdığındanmı, nədənmi bilmirəm. Onun qəlbinin dərinliyində bir böyük və tükənməz Vətən sevgisi ilə bərabər İmişli və imişlilərə hörmət hissi də var. Tez-tez yolunu İmişlidən salıb, öz yaradıcılıq nümunələrini bizlərə hədiyyə edir.(https://mia.az/w1004922/1004922)
O, bizləri sevib, əziz tutduğu kimi biz imişlilər də Sevindikgilin ailəsinə, onun atası İmişli RPŞ-da rəhbər vəzifədə işləmiş, tanınmış istintaqçı- polkovnik Nəsib Əliyevə həmişə hörmətliyik. Allah Sizi və ailənizi qorusun Sevindik Nəsiboğlu!
Yeni yaşın çox mübarək! Sənə yaradcılıq uğurları, cansağlığ və bəxtiyar günlər arzulayırıq!
Bir də onu deyim ki, Sevindik bu il tam orta məktəb kursunu uğurla başa vurdu, ali məktəblərə qəbul imtahanlarında 600+ bal toplayıb. İnşallah, sevib-seçdiyi ali məktəbdə şərəfli tələbə adını uca tutmaqla da bizlərə sevinc gətirər.
Səxavət Tağlar,
Əməkdar müəllim, Prezident təqaüdçüsü.
MİA.AZ