ABŞ prezidenti Donald Tramp federal xərclərin təxminən 9,1 milyard dollar qısıtlanması barədə qanunu təsdqiləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qanun layihəsinə əsasən ictimai yayım və xarici qrant yardımı sahəsində böyük ixtisarlar aparılacaq.

Qərarla 8 milyard dollarlıq qrantlar daxil olmaqla xarici yardım, 1.1 milyard dollarlıq isə dövlət yardımını əhatə edən federal ixtisar paketi təsdiqlənib.

Demokrat Partiyasından olan senatorlar bu qərarı "topa tutublar". Onlar bunun ABŞ-ın qlobal miqyasda "yumşaq gücü"nü zəiflədəcəyini və Çinin isə bu boşluğu dolduracağını iddia edirlər.

Samir MUSAYEV

MİA.AZ