İtaliyada "Qərbi Nil" virusu (WNV) yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, WNV-ə yoluxanların sayı son bir həftədə 20-yə yüksəlib.
İtaliya mətbuatı yazır ki, ağcaqanadlar vasitəsilə "ötürülən" yoluxucu xəstəlik ölkdə qısa zamanda böyük həyəcan yaradıb.
İtaliyanın Ali Sağlamlıq İnstitutundan bildirilib ki, iyulun 20-də Latina şəhərindən yaşayan 82 yaşlı qadın bu virusdan ölüb: "Onun ölümündən sonra ekspertiza apaırlıb və bu şübhə təsdiqlənib"
Lamiyə Əhmədli
MİA.AZ