Rusiyanın şərqindəki Amur vilayətində sərnişin təyyarəsi yoxa çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, radardan itən və içərisində təxminən 50 nəfərin olduğu An-24 sərnişin təyyarəsi ilə ilə bağlı araşdrıma başlayıb.
Məlumatda deyilir ki, təyyarənin taleyi hələlik məlum deyil.
Rusiya rəsmiləri tərəfindən heç bir rəsmi açıqlama verilməsə də, bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
***
Son məlumata görə, təyyarə qəzaya uğrayıb. İçindəki 40 sərnişin və 6 ekipaj üzvü həlak olublar.
Firudin Səfərli
MİA.AZ