Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Balıkəsirdə baş verib.

Məlumata görə, İzmir-İstanbul marşrutu üzrə hərəkət edən Ç.S.-nin idarə etdiyi sərnişin avtobusu İstanbul-İzmir yolunun Naipli ərazisi yaxınlığında idarəetməni itirərək aşıb: "Nəticədə 27 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır".

Lamiyə Əhmədli
MİA.AZ