Azad olunan ərazilərdə iyulun 14-dən 20-nə qədər 6 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 178 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı açıqlamasında bildirilib.

Məlumata əsasən, 1641 hektar ərazi minalardan təmizlənib.