Türkiyənin Sakarya bölgəsinin Geyve rayonunda ötən gün baş verən meşə yanğınınə söndürmək mümkün olmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, güclü külək səbəbindən yanğn sürətlə geniş əraziyə yayılıb. 

Məlumata görə, Taşoluk və Hacılar məhəllələri ehtiyat tədbiri olaraq boşaldılıb: "Köçürülən kəndlərdə 3 ev yanıb, alov içində qalan çoxsaylı heyvanların bağırtları isə ürək dağlayıb. heyvanları xilas etmək olmayıb. Onlar diri-diri yanaraq ölüblər...".

Məlumata görə, artıq 30 saata yaxın davam edən yanğını söndürmək üçün ətraf bölgələrdən əlavə qüvvələr cəlb olunmağa başlanıb: "Paralel olaraq, yerli sakinlər də yanğınsöndürmə prosesinə aktiv qatılıblar. Bu arada, kömək etmək üçün yanğın bölgəsinə göndərilən Pamukova Bələdiyyəsi işçilərini Taşoluk məhəlləsi yaxınlığında alovlar bir anın içində mühasirəyə alıb. Onlar xüsusi səylə alov içindən xilas olunublar" 

Zülfiyyə Mustafayeva
MİA.AZ