İsrailin baş naziri Benyamin Netanyahu zəhərlənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumatı İsrail Baş Nazirlik Ofisi təsdiqləyib.

Bildirilib ki, Netanyahunun evində Qərbi Qüdsdəki Hadassa xəstəxanasının Daxili Xəstəliklər şöbəsinin müdiri professor Alon Herşko müayinə edib: "Netanyahu vaxtı ötmüş  yemək yeyib. Nəticədə bağırsaq problemi yaşayan Baş nazir ötən gecə özünü çox pis hiss edib. Həkimlərin göstərişi ilə o, üç günlük müalicəyə cəlb olunub".

Tahir Şəlvəli
MİA.AZ