"Azərbaycan ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik".
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
O bildirib ki, qarşı tərəflər təmaslar var: "Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”.
Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb: “Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.
Döğvlət başçısı qeyd edib ki, bir çox məsələlər bizi birləşdirir: "Tramp administrasiyası ilə əlaqələr yaxşıdır. Ümid edirik müsbət tendensiyalar davam edəcək. Artıq bu, görünür. Cənubi Qafqazda proseslərdə Amerikanın iştirakını görürük. Onlar Ermənistan Azərbaycan arasında uzunmüddətli münaqişənin həllinə töhfələrini verməyə çalışırlar. Düşünürəm ki, gələcəkdə biz daha çox xəbərləri eşidəcəyik”.
***
"Cənubi Qafqaz sabit məkan olacaqdır. Bizə sabitlik, təhlükəsizlik lazımdır".
Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.
Cənubi Qafqazın əsrlər boyu qan tökülmə, toqquşma, işğal məkanı olduğunu, Qafqaz xalqlarının çox əziyyət çəkdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib: “Ona görə də kifayətdir. Biz artıq sülh şəraitində yaşamalıyıq”.
MİA.AZ