Gəncədə 22 yaşlı qız öldürülüb.

Mia.az Report-a istinadla xəbər verir ki,  hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Həsənli Leyla Səməd qızı aldığı xəsarətdən dünyasını dəyişib.

Onun atası 1978-ci il təvəllüdlü Səməd Həsənli tərəfindən döyülərək öldürüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.