Rusiya Dumasında “WhatsApp”ın milli təhlükəsizliyi təhdid etdiyi səbəbilə qadağan edilməsi tələbi qaldırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Dumanın İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin açıqlama verib.

O bildirib ki, WhatsApp-ın “ekstremist təşkilat” kimi tanınan Meta şirkətinə məxsus olduğundan buna etibar olunması ağılsızlıq olar: "Çox güman ki, WhatsApp Rusiyada dost olmayan ölkələrdən qadağan edilmiş tətbiqlər siyahısına daxil olunacaq. Artıq "WhatsApp-ın Rusiya bazarını tərk etməyə hazırlaşmasının vaxtıdır" 

Dumanın İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin də bu tələbə dəstək verib. O, TASS-a açıqlamasında WhatsApp-ın ölkədəki taleyinin artıq "möhürləndiyini" deyib: "Rusiyanın rəqəmsal məkanında belə bir xidmətin olması milli təhlükəsizliyimizə birbaşa təhdiddir. Ona görə də bloklana təcili icra olunmalıdır"

Xatırladaq ki, Rusiyada 2022-ci ildən WhatsApp-ın sahibi Meta "ekstremist təşkilat” elan edilib və onun Facebook və Instagram platformalarına giriş bloklanıb.

Samir MUSAYEV
MİA.AZ