Müğənni Rəqsanə İsmayılova növbəti dəfə həyat yoldaşı Fazil Əmiraslanovla bağlı açıqlama verib.
O bildirib ki, Fazil müəllim onu bütün problemlərin içindən çəkib, çıxardıb: “Mən evli kişi ilə ailə qurmamışam. Mən gələndə Fazil müəllimin boşanma prosesi artıq gedirdi. O, rus xanımla evli idi və iki övladı var idi. Biz isə rəsmi kəbin və nikahla ailə qurmuşuq. Fazil müəllim mənim həyatımı dəyişdi. Məni bütün problemlərin içindən çəkib çıxartdı. Dedi: "Otur burada, evinin qadını, balalarının anası ol". Borclarımı bağladı, mənə ev və maşın aldı. Qısacası, bir kişi olaraq mənə sahib çıxdı”.