Türkiyəninn 28 şəhərində İŞİD tərəfdarlarına qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat açıqlayıb.
Bildirilib ki, son iki həftədə Adana, İstanbul və İzmir də daxil olmaqla 28 şəhərdə baş tutan uğurlu əməliyyatla 153 nəfər qandallanıb: "Saxlanılan şübhəlilərin terror təşkilatının üzvü olduqları, qanunsuz maliyyə toplamaları, həmçinin, sosial mediada terror təbliğatı apardıqlarını müəyyən olunnub. Əməliyyatla 153 nəfər saxlanılıb. Onların ev və iş yerlərində axtarşlar zaanı maddi sübutlar götürülüb"
Nazir bildirib ki, heç bir terror təşkilatı üzvlərinə ölkədə göz açmağa imkan verilməyəcək.
Firudin Səfərli
MİA.AZ