Bu gün türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə ediblər.

Ərdoğan İsrailin Suriyaya hücumunu qəbuledilməz sayıb. O, bildirib ki, İsrailin təcavüzü bütün bölgə üçün təhlükə yaradır: "Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da Suriya xalqına dəstəyini davam etdirəcək".

Ərdoğan daha sonra Türkiyənin Suriyada druzlarla əldə olunan atəşkəsi alqışladığını deyib.

Suriya prezidenti isə dəstəyinə görə Ərdoğana təşəkkür edib və Suriyada siyasi birliyi, ərazi bütövlüyü və suverenliyin qorunması üçün hır cür addım atacaqlarını bildirib.

Samir Musayev
MİA.AZ