Çin İsrailin dünən Suriyanın dövlət binalarını bombalamasına etiraz edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Pekində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, İsrailin Suriyaya hücumunu pisləəyib və Tel-Əvivi sükunətə çağırıb: "Yaxın Şərqdə gərginliyi daha da artıracaq heç bir addım atılmamalı, eyni zamanda, Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməlidir. Bu, beynəlxalq hüquq prizmasından çox vacibdir".
Firudin Səfərli
MİA.AZ