Azərbaycan Xarici İşlər Nazirliyi İraqda hipermarketdə 50-dən çox insanın yanaraq ölməsi faktı ilə bağlı qarşı tərəfə başsağlığı verib.
Mia.az xəbər verir ki, bu barədə başsağığında deyilir: "İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş dəhşətli yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk".