Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Mia.az xəbər verir ki, onlara yeni evlərinin açarları təqdim olunub.
Təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç olub.
Mia.az xəbər verir ki, bu dəfə Kəngərli kəndinə daha 43 ailədən ibarət 176 nəfər köçürülüb.
Qeyd edək ki, köçürülən bütün ailələrə dövlət tərəfindən pulsuz mənzil verilir.
MİA.AZ