Bu gün Kanadanın Vankuver Beynəlxalq Hava Limanında şəxsi təyyarə qaçırılıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın "CBC News" kanalı məlumat yayıb.

Bildirilib ki, polis qaçırılmış kiçiktutumlu sərnişin təyyarəsinin Vankuver Beynəlxalq Hava Limanına eniş etdiyini və onu qaçıran bir nəfərin saxlanıldığını təsdqiləyib.

Bildirilib ki, faktla bağlı hava limanında uçuş və enişlər 39 dəqiqə dayandırılıb.

Xəbərdə o da deyilir ki, təyyarəi qaçıran adamhava limanı üzərində çoxasaylı dövrə vurduqdan sonra özü könüllü yerə eniş edib.

Lamiyə Əhmədli

MİA.AZ