"Sünikdəki yolun autsorsinqində təkcə ABŞ deyil, digər ölkələr də maraqlıdırlar".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.
"Ermənistan üçün ABŞ və Aİ-nin marağı maraqlıdır. İndi ABŞ-nin təklifi müzakirə olunur. Biz bunda maraqlıyıq. Hələlik razılıq yoxdur, lakin ola bilər. Çin də maraqlıdır", - o qeyd edib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun (Zəngəzur dəhlizi - red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib.
O, bu barədə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var.
"Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub", - N.Paşinyan qeyd edib.
O bildirib ki, su təchizatı sisteminin idarə edilməsi, Ermənistanın dəmir yolları və s. ilə bağlı da vəziyyət belədir. Lakin sadalanan bütün hallarda bu infrastrukturlar Ermənistanın mülkiyyətindədir.
Bundan əlavə, N.Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin keçid rejiminin sadələşdirilməsinə hazırdır.
"Məni təəccübləndirir ki, bəzi qüvvələr və ya insanlar Ermənistan ərazisindən dəmir yolu hərəkətinin yenidən başlamasını faciə kimi təqdim etməyə çalışırlar. Halbuki faciə ondadır ki, Ermənistan vasitəsilə tranzit dəmir yolu əlaqəsi yoxdur", - Baş nazir vurğulayıb(Report(