Bu gün PKK lideri Abdullah Öcalanın "ruporu" kimi fəlaiyyət göstərən DEM Partiyasının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində MHP sədri Dövlət Baxçalı ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baxşalınınməclisdəki otağında keçirilən görüşdə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının Vandan deputatı olan Pervin Buldan və Şanlıurfadan millət vəkili Mithat Sancar iştirak edib.
Məlumata görə, görüşdə “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı müzakirə aparılıb.
Xatırladaq ki, DEM Partiyasının heyəti 17 İyulda, saat 13:00-da CHP-nin qərargahında Özgür Özəllə də görüşəcək.
Firudin Səfərli
MİA.AZ