İsrail ordusu bu gün Suriyanın Dəməşq şəhərindəki Baş Qərargah qərargahına zərbələr endirib.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, Baş Qərargahının girişləri vurulub: "Hücum Suriyanın cənubunda yerləşən Süveyda bölgəsində İsrailin dəstəklədiyi druzilərlə ərəb qəbilələri arasında savaş və Suriya təhlükəsizlik qüvvələrinin həmin bölgəyə yönləndirilməsinə cavab xarakterli olub. İsrail sonadək druziləri qoruyacaq, gərəkirsə, daha sərt hərbi əməliyyatlara başlanacaq. İstənilən hərbi ssenariyə hazırıq. Dinc druzilərə qarşı hadisələri çox yaxından izləyirik"

Məlumatda deyilir ki, hücumdan sonra Suriyanın Dəməşq şəhərində güclü partlayış səsi eşidilib. 

İsrail ordusundan o da bildirilib ki, hər ehtimala qarşı sərhədə quru qoşunlarını toplayırlar: "Baş qərargahla yanaşı, Süveyda bölgəsində Suriya ordusunun mövqeləri də bombalanıb".

Suriya dövlət televiziyası "Əl Ekhbari"ya partlayışı belə təqdim edib: "Dəməşqdə mənbəyi hələ müəyyən edilməyən güclü partlayış baş verib”

Xatırladaq ki, dünən səhər saatlarında druzilərin kompakt yaşadığı Sveydaya daxil olan təhlükəsizlik qüvvələri ilə yerli qruplar arasında da şiddətli toqquşmalar baş verib. Lakin sonradan onların liderləriiə söhbət aparılıb və atəşkəs elan olunub.

Tahir Şəlvəli

MİA.AZ