"İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər".
Bunu ölkənin Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Bəli, belə bir ideya da var. Belə bir ideya müzakirə masasındadır", - o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yolunda heç bir imkanı əldən vermir.
***
"Ermənistan kommunikasiyaların açılması məsələsinə ərazi bütövlüyü kontekstində baxır".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə, vurğulamaq lazımdır ki, biz Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində görmüşük, görürük və görəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq", - o qeyd edib(Report).
MİA.AZ