Suriyanın Sveyda şəhərində israilin açıq hərbi dəstək verdiyi druzi qrupları ilə ərəb qəbilələri arasında günlərdir davam edən döyüş, nəhayət, bu gün atəşkəslə sona çatsa da, görünən odur ki, bu savaşın külü tamam sönən deyil.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, atəşkəs elan olunan kimi İsrailin baş naziri Benyamin Netanyahu Suriyanı açıq formada təhdid edib.

O, Sveydada Suriya ordusuna zərbələrinin Əhməd Şaraa üçün bir xəbərdarlıq olduğunu xatırladıb və bundan dərs alınacağı mesajını verib.

Baş nazir bildirib ki, Suriya rejimi əgər dərsini almazsa, o zaman daha sərt zərbələr olacaq: "Ümid edirəm ki, daha əlavə zərbəyə ehtiyac qalmayacaq. Əslində,  bu, böyük ölçüdə Dəməşqin nə edib-etməməsindən asılıdır"

Zülfiyyə

MİA.AZ