Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

Bu barədə "E1.ru" məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən "Gelandewagen" markalı avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.

Hazırda o, İstintaq Komitəsində dindirilir(Report).

***

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması ilə bağlı bəzi detallar məlum olub.

"E1" portalı xəbər verir ki, Mutvalı Şıxlinski barəsində axtarış elan olunacağı bildirilib.

Məlumata görə, o, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə saxlanılıb.

Saxlanma müddəti başa çatdıqdan sonra məsələ ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

***

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.

Məlumata görə, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub/APA.