Türkiyə Xarici işlər naziri Hakan Fidan 15 İyul Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, FETÖ-nün çevriliç cəhdində 9 il ötdüyünü xatırladaraq, heç bir qüvvvənin ölkəni diz çökdürə bilməyəcəyini xüsusi vurğulayıb:

"Xarici xüsusi xidmət orqanlarının, Türkiyəni diz çökdürmək arzusunda olan xain şəbəkələrin hesablaya bilmədiyi əsas məsələ millətimizin azadlıq və ədalətə bağlılığı, dövlətimizin gücü idi.

Möhtərəm Prezidentimizin bəsirəti və ulu millətimizin iradəsi FETÖ-nün iyulun 15-nə keçən gecə ölkədə çevrilişə cəhdinn qarşısını aldı. Xalqımız sarsılmaz əzmkarlığını nümayiş etdirərək, heç bir təhlükə qarşısında boyun əyməyəcəyini bir daha nümayiş etdirdi. 

FETÖ-nün xain gündəmini ifşa edən dövlətimiz sığındığı hər yerdə bu terror təşkilatını təqib edir və günahkarların ədalət qarşısında cavab verməsi üçün dünyanın hər yerində qətiyyətlə hər addımı atır.

FETÖ ilə mübarizədə heç vaxt tərəddüd etməyən qəhrəmanlarımıza, 15 iyulda və ondan əvvəl canını vermiş şəhidlərimizə Allahdan rəhmət diləyir, fədakar qazilərimizə can sağlığı arzulayıram.

Bir daha xatırlatmaq istəyirəm ki, Türkiyəyə zərər vurmaq cəhdi keçmişdə olduğu kimi bundan sonra da uğursuzluğa məhkumdur.

15 iyul Demokratiya və Milli Birlik Gününüz mübarək!".

Lamiyə Əhmədli
MİA.AZ