Türkiyə Xarici İşlər Nazirliyi Suriyada İsrailin dəstəklədiyi druzilərlə bədəvi ərəb qəbilləri arasında başlayan döyüşlə bağlı bəyanat yayıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bəyanatda Suriyanınərazi bütövlüyünə dəstək təkrarlanıb və tərəflər sükunətə dəvət edilib.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli isə bildirib ki, Suriya hökumətinin döyüşən tərəflərin liderləri ilə dialoqa səsləyib: "Ümid edirik ki, Suriyanın cənubundakı zorakılıqlar ən qısa zamanda sona çatacaq və təhlükəsizlik təmin olunacaq. Türkiyə hər zaman olduğu kimi, Suriyanın suverenliyi və birliyinin prioritetləşdirilməsini vacib sayır və ölkədə sabitliyin möhkəmləndirilməsi, barışığa nail olunması üçün səyləri dəstəkləməyə davam edəcək"
Suriyanın Süveyda bölgəsində İsrailin dəstəklədiyi druz qüvvələri ilə bədəvi ərəb qəbilələri arasında şiddətli döyüş gedir.
Son vəziyyətdən bu link vasitəsiylə tanış ola bilərsiniz:
Samir MUSAYEV
MİA.AZ