"Qəzzada atəşkəs çıxış yolu deyil, mütləq fələstinlilərin də öz hüquqlarını həyata keçirəcəyi dövləti elan olunmalıdır"

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterres Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Qəzzada vəziyyət olduqca ağır və təsvir edilməyəcək haldadır: "Şahidi olduğumuz dağıntı və can itkisi yaxın tarixdə görünməmiş səviyyədədir. Bu vəziyyət Qəzza xalqının yaşadığı böyük əzablardan əlavə, ən təməl insan ləyaqətini də sarsıdır".

Samir MUSAYEV
MİA.AZ